Azərbaycan – suveren kredit reytinqinin dinamikası

“Standard&Poor’s”  beynəlxalq reytinq agentliyinin nümayəndələri Azərbaycanın suveren kredit reytinqinin müəyyən olunması məqsədilə ölkəmizdə səfərdədir. Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində müəyyən edib. Reytinq üzrə proqnoz isə sabitdir.  

Azərbaycan – suveren kredit reytinqinin  dinamikası

  Tarix Uzun müddətli kredit reytinqi Proqnoz
26 yanvar  2018-ci il BB+ Sabit
29 iyul 2016-cı il BB+ Neqativ
29 yanvar 2016-cı il BB+ Sabit
30 yanvar 2015-ci il BBB- Neqativ
23 dekabr  2011-ci il BBB- Sabit
14 dekabr 2009-cu il BB+ Pozitiv
16 dekabr 2008-ci il BB+ Sabit

Agentlik aşağıdakı əsas məqamları vurğulayıb:

-2018-ci il yanvar ayından etibarən vəziyyət sabit. Xarici və yerli məzənnə reytinqi BB+/B səviyyəsindədir;

-2019-2022-ci illərdə orta iqtisadi artım gözlənilir;

-Azərbaycanda iqtisadi diversifikasiya aşağı səviyyədədir və regional karbohidrogen əmsalından geri qalır;

-Neft qiymətlərinin aşağı olması struktur islahatlarının uğurla həyata keçirilməsini və özəl sektorun inkişafını şərtləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır