Azərbaycan Ticarət Evi vasitəsilə 84 tondan artıq məhsul ixrac edilib

Belarusda Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları ixrac edilib.

Bu məhsullara pomidor, gavalı, armud, şaftalı, nektarin, yaşıl zeytun və zeytun məhsulları, o cümlədən 8000 şüşəyə yaxın zeytun yağı, zeytun mürəbbəsi, 2700 şüşəyə yaxın nar şirəsi, 1200 qutudan artıq çay daxildir.

Həmçinin, Azərbaycan istehsalı olan məhsulların Belarusda satışının təşkili məqsədilə Ticarət Evi ilə həmin ölkənin bir sıra iri ticarət şirkətləri arasında müqavilələr bağlanıb.

Qeyd edək ki. Azərbaycan məhsullarının Belarusa ixracının genişləndirilməsi üçün tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır