Home » Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə

by anar
0 comments 0 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Türkiyənin Nişantaşı Universitetinin təşkil etdiyi “II Beynəlxalq Enerji Konqresi”nə qatılıb. Onlayn konfransın “Bərpa olan enerji və texnologiyalar” mözusunda panel müzakirəsində Ramil Hüseyn “Azərbaycan-Türkiyə Avropa yaşıl enerji dəhlizi: İdeyadan gerçəkliyə” (Azerbaijan-Türkiye European Green Energy Corridor: From Idea to Reality) mövzusunda çıxış edib.

Ramil Hüseyn  Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Üniversitesində olan  təcürbəçisi İrem Özgeriş ilə birgə apardığı tədqiqat barədə iştirakçılara məlumat verib. O, Azərbaycanın  “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı hədəflərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Ramil Hüseyn hazırda Azərbaycanın müasir texnologiyalardan da istifadə edərək 3 yaşıl enerji dəhlizinin  – “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Mərkəzi Asiya-Avropa” layihələrinin reallaşması istiqmətində iş apardığını vurğulayaraq 2024-cü ildə bu sahədə ciddi irəliləyişə nail olduğunu qeyd edib. Bildirib ki, HVDC kabellərdən (yüksək gərginlikli sabit cərəyan kabelləri) istifadə olunaraq reallaşdırılması hədəflənən “Azərbaycan-Türkiyə-Avropa”  yaşıl enerji dəhlizinin ideyadan gerçəkliyə çevrilməsi “təmiz enerji”yə keçid prosesinin sürətləndirilməsinə töhfə verəcək, ölkələrimiz arasında “yaşıl enerji” sahəsindəki əməkdaşlığı dərinləşdirəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.