Home » Azərbaycan və Koreya arasında Texnologiyaların Transferi planı hazırlanıb

Azərbaycan və Koreya arasında Texnologiyaların Transferi planı hazırlanıb

by ulviyya
0 rəy 2 baxış 2 dəqiqə oxuma

Azərbaycan və Koreya Texnologiyaların Transferi və Kommersiyalaşdırılması Platformasının (TTCP) (https://www.ttcp.az/) inkişaf planı hazırlanıb.

BBN.az xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının əməkdaşlarının Koreyaya səfəri zamanı müzakirə edilib.

Məlumata görə, TTCP innovasiya ekosisteminin müxtəlif iştirakçıları və maraqlı tərəflərini (hökumət, tədqiqatçılar, korporasiyalar, startaplar, vençur kapitalistləri, özəl investorlar, fondlar, sahibkarlar, mentorlar və media) bir araya gətirərək müxtəlif sahələr üzrə xidmətlər, o cümlədən məlumat bazası və sinergetik bir mühit təklif edən onlayn platformadır.

Ənənəvi texnologiya transferi ofislərinin həyata keçirdiyi fəaliyyətləri onlayn formatda və daha da əhatəli olaraq özündə ehtiva edən bu platforma universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, o cümlədən informasiyanın kommersiyalaşdırılması prosesinə öz töhfəsini verməyə çalışacaqdır. Beləliklə, TTCP irəli sürülən innovativ həll yollarının effektiv inkişafını təmin etməklə yanaşı, onların kütləviləşdirilməsi və biznesdə (sənayedə) tətbiq edilməsi məqsədilə investorlara çıxış kimi imkanları da əlçatan edir. Platformanın bazarın və istifadəçilərin ehtiyac və tələblərinə uyğun olaraq davamlı təkmilləşdirilməsi nəzərdə tutulur.

Görüşdə Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması imkanlarını artırmaq üçün Koreyanın bu sahədə təcrübəsini öyrənmək, tədqiqat institutlarını ziyarət etmək, Azərbaycan üçün texnologiyaların kommersiyalaşdırılması proqramının Fəaliyyət Planına dair müzakirələr aparmaq və bu sahədə hər iki ölkənin akademik-sənaye qurumları və ekspertləri arasında şəbəkə yaratmaqdan müzakirə edilib.

Yüksək Texnologiyalar Parkının icraçı direktoru Zaur Nəhmətovun rəhbərlik etdiyi nümayəndə heyəti Seul və Daejon şəhərlərində yerləşən “SK TELECOM” şirkətinin Gələcək Mərkəzi, Koreya Qabaqcıl Texnologiyalar İnstitutu (KIAT), Koreya Elm və Texnologiya İnstitutu (KIST), “Innotown SEUL Bio-hub”, Koreya Universitetinin” X-Garage” İnkubasiya Mərkəzi, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Hanbat Universiteti, Milli Texnologiya Bankında (KIBO) keçirilən görüşlərdə iştirak edib.

Təşkilatların nümayəndələri fəaliyyət göstərdikləri qurumlar haqqında məlumat verərək texnologiyaların kommersiyalaşdırılması proqramları ilə bağlı təqdimatlarla çıxış ediblər. Görüşlər sual-cavab formatında davam etdirilib, azərbaycanlı ekspertləri maraqlandıran məsələlər müzakirə olunub.

Görüşlərin keçirildiyi təşkilatlar Azərbaycanda texnologiyaların kommersiyalaşdırılması fəaliyyətlərinə infrastruktur və bacarıqların artırılması ilə bağlı dəstək verəcəklərini ifadə edib, ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün bütün səylərini səfərbər edəcəklərini bildiriblər. Görüşlər zamanı konkret məsələlər üzrə işlərin icrasına dair ilkin razılıq əldə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.