Azərbaycan və Pakistan arasında enerji sahəsində əməkdaşlıq sazişi təsdiq edilib

Mayın 15-də Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb. Belə ki, Azərbaycan Respublikası  ilə Pakistan İslam Respublikası  arasında enerji sahəsində əməkdaşlıq haqqında 2017-ci il fevralın 28-də İslamabad şəhərində imzalanmış saziş təsdiq edilib.

Qeyd edək ki, saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır