2018-ci ilin yanvar ayı ərzində Azərbaycana dünyanın 138 ölkəsindən 186,2 min və ya ötən ilin eyni ayı ilə müqayisədə 16,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Gələnlərin 30,7 %-i Rusiya Federasiyası, 24,5 %-i Gürcüstan, 13 %-i Türkiyə, 7,2 %-i İran, 4,4 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,2 %-i Ukrayna, 1,7 %-i İraq, 16,2 %-i digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70 %-ni kişilər, 30 %-ni isə qadınlar təşkil edib.
İran istisna olunmaqla, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar ayı ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6,4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,9 dəfə, Qətər vətəndaşlarının sayı 2,7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,6 dəfə, Oman vətəndaşlarının sayı 2,1 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 1,5 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə artıb. İrandan gələnlərin sayında 5,3 % azalma müşahidə edilib.