Azərbaycanda ən çox satılan “ağıllı telefonlar” hansılardır?

Son illər ərzində Azərbaycanda “ağıllı telefon” bazarında rəqabətin kəskinləşməsi satışlara da öz təsirini göstərib. Bununla belə, “Samsung” brendi bazarda liderliyini qoruyub saxlaya bilib. Hal hazırda “Samsung” bazarın 56.89%-ini əlində cəmləyib. Ötən ilin aprel ayında isə bu göstərici 60.88% olub.

Son dövrdə Azərbaycan bazarına daxil olaraq qısa zamanda böyük rəğbət qazanan “Xiaomi” brendinin bazar payı isə bir il ərzində 10% artaraq 12.94%-ə çatıb. Bununla da, “Xiaomi” brendi “Apple” (12.52%) brendini ötərək Azərbaycanın “ağıllı telefon” bazarında ikinci yerdə qərarlaşıb. “Huawei” brendi isə 3.18% ilə dördüncü yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır