Azərbaycanda “Dövlət Reklam Agentliyi” yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyun “Dövlət Reklam Agentliyi”nin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən,  ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb.

“Dövlət Reklam Agentliyi”nin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən direktor rəhbərlik edir.

Qeyd edək ki, “Dövlət Reklam Agentliyi”nin direktor vəzifəsinə Aydın İbadov təyin edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır