Azərbaycanda istehsal olunan məhsulların qiyməti 23.6 % artıb

2017-ci ilin aprel ayının sonuna Azərbaycanda istehsal olunan məhsulların qiymətində artım müşahidə edilib. Belə ki, aprel ayında Azərbaycanda istehsal olunan məhsulların qiymətində 2016- cı ilin müvafiq dövrü ilə müqayisədə 23.6 %  artım müşahidə olunub. Bu, Mərkəzi Bankın açıqladığı statistik göstəricilərdə əks etdirilib. Belə ki, ölkə daxilindəki istehsal edilən məhsulların qiymətinin dəyişilməsini əks etdirən ÜDM deflyatoruna əsasən sözügedən məhsullar 23.6 % bahalaşıb.

Qeyd edək ki, qiymət artımı səbəbindən ölkə daxilində istehsal edilən məhsulların nominal dəyəri artsa da, real ifadədə 1.2 % geriləmə müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır