Azərbaycanda iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub

Respublikada iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub. Bunun 704min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib. Gündəlik 500 min barrel xam neft, 70 min barrel kondensat, 29 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvar – iyul aylarında orta gündəlik neft hasilatı 771,7 min barrel təşkil edib. Energetika Nazirliyi iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq   ki,   2018-ci   ilin   dekabrın   7-də   “OPEC   plus”   üzrə   neft   hasilatının gündəlik   1,2   milyon   barrel   azaldılması   ilə   bağlı   imzalanmış   “Əməkdaşlıq Bəyannaməsi”nin  müddəti  bu   ilin  1   iyul   tarixindən  2020-ci   ilin   I   rübünün  sonunadək uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır