Azərbaycanda lombard şirkətləri də hesabat verəcək

“Azərbaycanda “Lombardlar haqqında” qanun layihəsi artıq 3-cü oxunuşdadır. Bu qanun qəbul edildikdən sonra bizim hazırda xaotik vəziyyətdə olan lombard kreditləri bazarını tənzimləmək imkanımız olacaq”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

“İşçi qrupu bu sektorun fəaluyyəti ilə bağlı hesabat hazırlayıb və mənə təqdim edib. Hələ ki, lombard fəaliyyəti üzrə hesabatlılıq yoxdur, amma dediyim qanunun qəbulundan sonra belə bir hesabatlılıq olacaq” – Elman Rüstəmov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır