

Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanın bankçılıq missiyasının işgüzar səfəri çərçivəsində ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşüb.
Görüşdə Azərbaycan və ABŞ arasında mövcud olan sıx iqtisadi əlaqələrin daha da genişləndirilməsi, eləcə də maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda Azərbaycanın bankçılıq missiyası işgüzar səfər çərçivəsində ABŞ-nin Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası (MTBA) ilə görüşüb.
Görüşdə MTBA tərəfindən ABŞ bankları ilə müxbir bank əlaqələrinin qurulması sahəsində ən yaxşı təcrübələrə dair praktiki sessiya keçirilib. Həmçinin iştirakçılarla ticarətin maliyyələşdirilməsi, ABŞ-nin bank sektorunda yeni inkişaf trendləri və #maliyyə sektorunun gündəmində olan digər mühüm mövzular üzrə müzakirələr aparılıb.