Azərbaycanın icmal büdcəsində 6 milyard manata yaxın qalıq yaranıb

Cari ilin altı ayında icmal büdcənin gəlirləri 17583,1 mln. manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2467,6 mln. manat və ya 16,3 faiz çoxdur. İcmal büdcənin xərcləri  11682,0 mln. manat icra olub ki,  bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839,0 mln. manat və ya 7,7 faiz çoxdur.

İcmal büdcədə 5901,1 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır