Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının üçüncü beynəlxalq forumu keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçirilib. Tədbirdə əsasən İpək yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökumət həlləri müzakirə olunub.

 Beynəlxalq konfransda açılış nitqi zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, eyni zamanda rəqəmsal təşəbbüsləri də dəstəkləyir: “Böyük İpək yolunun üzərində yerləşməklə Azərbaycan dünyada ikinci dəfə Rəqəmsal Ticarət Qovşağını yaradıb, eyni zamanda dördüncü sənaye inqilabi mərkəzi ilə əməkdaşlığa başlayıb. Konfrans çərçivəsində “Bir kəmər, bir yol” layihəsi üzrə rəqəmsal təşəbbüslər ətrafında müzakirələr təşkil edilib. Azərbaycan bir tərəfdən Böyük İpək Yolu üzrə fiziki rəqəmsal infrastrukturun yaradılmasını həyata keçirir, digər tərəfdən isə Böyük İpək Yolu üzrə rəqəmsal həllərin təmin edilməsində fəal iştirak edir. Digər tərəfdən isə Azərbaycanda Böyük İpək Yolu layihəsinin rəqəmsallaşması istiqamətində dövlət-özəl partnyorluğu həyata keçirilir.”

   Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz..

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır