“Azərbaycanın yeraltı anbarlarında 2,2 mlrd. kubmetr aktiv qaz var”

“Hazırda ötən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,2 milyard kubmetrdir.”

Bu sözləri “Azərbaycan” qəzetindəki məqaləsində SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

O, həmçinin, qeyd edib ki, cari ildə 958,3 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 143,3 kilometr uzunluğunda kəmərlər isə əsaslı təmir edilib. Ötən il ərzində 7805,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, 279,4 kilometr uzunluğunda kəmərlər əsaslı təmir edilib, 209 yaşayış məntəqəsinə təbii qaz verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır