Gürcüstan Milli Statistika Komitəsi 2017-ci ilin yanvar-may ayları üzrə xarici ticarət dövriyyəsi hesabatını açıqlayıb.
Hesabata görə, bu ilin yanvar-may ayları ərzində Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 316 mln. 285,4 min dollar təşkil edib.
Qeyd edək ki, Gürcüstanın xarici ticarət dövriyyəsinin 8 %-i Azərbaycanın payına düşür.
Ötən 5 ay ərzində Gürcüstandan Azərbaycana 63 mln. 450,6 min dollar məbləğində məhsul ixrac edilib. Gürcüstanın ixracının 6,3%-i Azərbaycanın payına düşür.
Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 252 mln. 834,8 min dollar dəyərində məhsul idxal edib. Gürcüstanın idxalının 8,6%-i Azərbaycanın payına düşür.