Azəri-Çıraq-Günəşli yatağından 2 mlrd. dollara yaxın gəlir əldə edilib

Azərbaycan Dövlət Neft Fondunun məlumatına əsasən,  2017-ci ilin ilk 4 ayı ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 1.96 mlrd. dollar gəlir əldə edilib.

Həmçinin Fondun məlumatında qeyd edilib ki,  2001-ci ildən indiyə qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlir 124 069 mln. dollar təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır