“”Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsinə 41 mlrd. dollar yatırılıb”

“Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqları blokunun işlənməsinə yatırılan vəsaitin həcmi 41 milyard dollardan artıq olub”.

Bunu bu gün Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil & Gas”) konfransında çıxışı zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, AÇQ-dən 2024-cü ilə qədər 5 mlrd. barrel neftin çıxarılması nəzərdə tutulur.

Mənbə: apa.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır