“Azəri”, “Çıraq” və “Günəşli”ə 40 mlrd. dollardan artıq sərmayə qoyulma potensialı var

Azərbaycan hökuməti və tərəfdaşlar “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişini imzaladılar.

Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə birlikdə bu gün “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır