“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 106 642 istehlakçıya xidmət edib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin etmişdir.

BBN.az “Azəriqaz”a istinadən xəbər verir ki, cari ilin altı  ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba,Mingəçevir, həmçinin  Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 106 642 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin olunmuşdur.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır