“Azərsu” ASC açıq tender elan edir

“Azərsu” ASC mal-materialların satınalınması məqsədilə açıq tender elan edir. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Belə ki, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

BBN.az Xalq qəzeti nə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 5 mart 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 13 mart 2018-ci il saat 16.00-a qədər “Azərsu” ASC-nin Satınalmaların Təşkili və İdarə Olunması Departamentinə təqdim etməlidirlər.

Qeyd edək ki, iddiaçıların təklifləri 14 mart 2018-ci il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır