Azər Türk Bank kredit kartları üzrə cashback faizlərini artırıb

Azər Türk Bank kredit kartı sahibi olan müştərilərinin nəzərinə çatdırır ki, cari ilin 8 yanvar tarixindən etibarən ödənişlər zamanı hesablanacaq cashback faizləri artırılmışdır.

Belə ki, Bankın təqdim etdiyi  atb kredit kartı ilə ödəmələr zamanı müştərilərə:

  • kulinariya və restoranlarda- 2%
  • elektronika mağazalarında – 2%
  • təhsil haqqı ödənişlərinə görə – 3%
  • geyim, aksesuar maqazalarında – 1,5%
  • YDM-lərdə – 1%
  • səhiyyə müəssisələrində – 1%
  • online ödənişlərdə –1%
  • marketlərdə – 0,5%
  • dövlət, nəqliyyat və sığorta şirkətləri istisna olmaqla digər ödənişlərdə –1%

həcmində cashback hesablanacaqdır.

Həmçinin kredit kartlarında hesab qalığına faiz hesablanması üçün nəzərdə tutulan maksimum məbləğ 35 000 manata qədər yüksəldilmişdir.

Yuxarıda göstərilən tarixdən başlayaraq kredit kartları üzrə kartdan karta köçürmə əməliyyatlarının sayı limitsiz olacaqdır.

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı