Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azər Türk Bank Mərkəzi və Şərqi Avropa Forumunda iştirak edib - BBN

Azər Türk Bank Mərkəzi və Şərqi Avropa Forumunda iştirak edib

Dövlət bankı Azər Türk Bankın nümayəndələri cari ilin yanvar ayında Avstriyanın Vyana şəhərində keçirilən The Central and Eastern European Forum (Euromoney) tədbirinə qatılmışlar.

Hər ilin ilk ayında Mərkəzi və Şərqi Avropa ölkələrinin hökumət başçıları, mərkəzi bankların rəhbərləri, aparıcı dünya iqtisadi ekspertləri, beynəlxalq maliyyə institutlarının nümayəndələri maliyyə sektorunun ən aktual problemlərini müzakirə etmək üçün bu konfransa toplaşırlar. Mərkəzi, Şərqi Avropa və MDB ölkələrində iqtisadi inkişaf problemləri müzakirə olunur və qarşıdan gələn ildə əsas iş istiqamətləri müəyyən edilir.

50-dən çox ölkədən 1600 nəfərin toplandığı bu tədbir çərçivəsində Azər Türk Bankın nümayəndələri çoxsaylı işgüzar görüşlər keçirib. Görüşlər zamanı mövcud beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, eləcə də dünyanın aparıcı maliyyə institutları ilə yeni tərəfdaşlıq əlaqələrinin qurulması müzakirə olunub.

Qeyd edək ki, Azər Türk Bank beynəlxalq tədbirlərdə fəal iştirak edərək, ölkənin bank sektorunu dünya platformalarında layiqincə təmsil edir və bu istiqamətdə fəaliyyətin aktiv inkişaf etdirir.

Related posts

“Oxford Economics”: İran ətrafındakı gərginlik Azərbaycana Avropa investisiyalarını artıra bilər

AMB nümayəndələri Almatıda mərkəzi bank kommunikasiyasına dair regional tədbirdə iştirak edib

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı