Home » Azər Türk Bank ölkədənkənar köçürmələr üzrə tarifləri endirdi

Azər Türk Bank ölkədənkənar köçürmələr üzrə tarifləri endirdi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Dövlət bankı Azər Türk Bank korporativ müştərilərin “ATB Business” internet bankçılıq vasitəsilə icra olunan xarici valyuta köçürmə əməliyyatları üzrə tariflərin endirilməsi və müştərilərin əlavə xərclərdən azad olunması barədə qərar vermişdir.

Belə ki, xarici valyutada olan köçürmələr üzrə komissiya haqqının həm faiz, həm də minimal və maksimal həddi əsaslı şəkildə endirilmiş, bu növ əməliyyatların icrası zamanı müxbir bankların xərclərini Azər Türk Bank öz üzərinə götürmüşdür.

Beləliklə, 01 fevral 2023-cü il tarixindən etibarən korporativ müştərilərin SWIFT sistemi üzərindən “OUR” xidmət haqqı formatında icra olunan xarici valyuta köçürmələri üzrə tarif 0,25% (min. 30 USD/EUR/GBP, maks. 400 USD/EUR/GBP) səviyyəsində müəyyən edilmişdir. 

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.