Azər Türk Bank sahibkarlğın inkişafına dəstəyini davam etdirir

Dövlət bankı Azər Türk Bank iqtisadiyyatın müхtəlif sektorlarında fəaliyyət göstərən hüquqi şəхslərə və fərdi sahibkarlara bizneslərində vəsait likvidliyinin dəstəklənməsi, dövriyyə vəsaitlərinin artırılması üçün əlverişli şərtlərlə AZN və USD valyutalarında “Biznes kredit xətti” məhsulunu təklif etməkdədir.

Biznes ehtiyaclarından irəli gələn qısamüddətli maliyyələşmə tələblərini qarşılayacaq, kreditin təyin olunmuş limit və müddət çərçivəsində tam və ya hissə-hissə ayrılmasını, ödənilməsini və yenidən istifadə olunmasını nəzərdə tutan bu kredit xəttinin illik faiz dərəcəsi müştəri ilə birgə müəyyən olunur.

Belə ki, müştərinin bankla əməkdaşlıq səviyyəsi, o cümlədən, hesabları üzrə apardığı əməliyyat növləri və həcmi, kredit üzrə təklif olunan təminat və digər hallar əsas götürülərək standart kredit faiz dərəcəsinə əhəmiyyətli endirimlər tətbiq edilir.

Üç illik müddətədək açılan bu kredit xəttindən istifadə etmək istəyən sahibkarlar onlayn müraciət göndərərək, tamamilə ödənişsiz formada həm biznes, həmdə əməkdaşları üçün bütün növ hesablar açmaqla, Bankın müştəri sırasına qatıla bilərlər.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı