Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azər Türk Bankdan daha bir onlayn xidmət - BBN

Azər Türk Bankdan daha bir onlayn xidmət

Dövlət bankı Azər Türk Bank müştərilərinin rahatlığı üçün yeni onlayn xidmətlərin və rəqəmsal həllərin tətbiqini davam etdirir.

Belə ki, Bank Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” ilə əməkdaşlığa başlayıb.

İndi Bankın məhsulu olan atb debit kartını onlayn şəkildə, atb360 mobil tətbiqində ilkin qeydiyyat zamanı sifariş verən fiziki şəxslər müvafiq sənədləri SİMA – yeni nəsil rəqəmsal imza həlli vasitəsilə imzalaya biləcəklər.

Qeyd edək ki, atb360 mobil əlavəsini App Store və ya Google Play-dən mobil telefona ödənişsiz yükləmək mümkündür.

Related posts

AMB fişinq hallarına qarşı “özünəqadağa” sistemini tətbiq edəcək

“Böhran və Yüksəliş Dövründə Bankın Biznes Krediti üzrə Satış Strategiyası” mövzusunda təlim keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı