Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniya - BBN

Azər Türk Bankdan istehlak kreditləri üzrə yeni kampaniya

Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə, müştərilər üçün daha sərfəli, yeni kampaniyaya başlayır.

Cari ilin 09 sentyabr tarixindən start götürən kampaniya ərzində fiziki şəxslərə illik faiz dərəcəsi 11%-dən başlayan kreditlər təklif edilir.

Eləcədə müştərilər 24 ayadək olan kreditləri illik faiz dərəcəsi 13% həcmində olmaqla əldə edə biləcəklər. Qeyd edək ki, iki ilədək olan müddətə götürülən kreditlər üzrə komissiya 0%-dir.

36 və 48 ayadək olan kreditlər Bank tərəfindən illik faiz dərəcəsi, müvafiq olaraq, 14%, 15% səviyyəsində rəsmiləşdiriləcəkdir.

Hər bir şəxsin, ortaaylıq rəsmi gəlirindən asılı olaraq, zaminlə ala biləcəyi kreditin maksimal məbləği 40 000 manat, zaminsiz – 35 000 manatdır.

Azər Türk Bankın internet səhifəsində krediti asanlıqla online sifariş vermək mümkündür.

Kampaniya 30 sentyabr daxil olmaqla, həmin tarixədək davam edəcəkdir.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının Mərkəzi Bankı: Pul-kredit siyasəti inflyasiyanın hədəf diapazonunda saxlanılmasına yönəlib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı