Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan ABŞ-ın “Lincoln” biznes klubu ilə investisiya imkanlarını müzakirə edib - BBN

Azərbaycan ABŞ-ın “Lincoln” biznes klubu ilə investisiya imkanlarını müzakirə edib

Azərbaycan və ABŞ-ın Kaliforniya ştatının Oreync vilayətində fəaliyyət göstərən “Lincoln” biznes klubu birgə investisiya qoyuluşu və müştərək vençur fondunun yaradılması imkanlarını müzakirə edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirilib ki, müzakirələr nazir müavini Samir Məmmədovun klubun beynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi Benni Mor ilə görüşündə baş tutub.

Tərəflər həmçinin kluba üzv şirkətlərlə B2B və B2G formatlarında uzunmüddətli əməkdaşlığın təşviqi, şirkətlərin Azərbaycanda nümayəndəliklərinin açılması və insan kapitalının inkişaf etdirilməsi məsələlərini müzakirə edib.

Görüşdə həmçinin Azərbaycanla ABŞ arasında yüksək texnologiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub. Nazirlik vurğulayıb ki, ölkəmiz bu sahələrdə ABŞ-la tərəfdaşlığa böyük önəm verir.

“Lincoln” klubu Kaliforniyanın ən böyük biznes klublarından biridir və onun missiyası biznes nümayəndələri üçün şəbəkələşmə, öyrənmə və imkanlara çıxış mühiti yaratmaqdır.

Related posts

ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun üzvü İlham Hüseynov “Arbitration for Business Impact” adlı tədbirdə çıxış edib

Azərbaycan ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı