Azərbaycan bank rəhbərlərinin AMB-də növbəti görüşü baş tutub

Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti görüş keçirilib.

Bu barədə, Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov öz şəxsi twitter hesabında məlumat paylaşıb.

“Görüşdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirildi.

Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya,faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri,son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edildi.” – deyə, Taleh Kazımov qeyd edib.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı