Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan bank sektorunun aktivləri 32,2 mlrd. manat təşkil edib - BBN

Azərbaycan bank sektorunun aktivləri 32,2 mlrd. manat təşkil edib

Azərbaycanda fəaliyyət göstərən bankların 2020-ci ilin birinci rübünə olan cəmi aktivləri illik müqayisədə 7.9% artaraq 32,218.9 milyon manat, cəmi öhdəlikləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 mlrd. manat və ya  7.7% artaraq 27,477.9 milyon manata çatıb. Sektorun balans kapitalı 4.4 mlrd. manat (illik 380 mln. manatlıq artım) təşkil edib.

Əmanətlərin həcmi 20,6 mlrd. manat təşkil edib ki, bu da illik olaraq 11% artmışdır. Bunun 8,185.7 milyon manatı fiziki, 12,427.9 milyon manatı isə hüquqi şəxslərin əmanətləridir.

Həmçinin bank sektoru bu ilin yanvar-mart aylarında 163 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39.1 milyon çoxdur.

Bankların filiallarının sayı 506, şöbələrinin sayı 126, ATM-lərin sayı 2677- dir. Bütövlükdə, bank sektorunda çalışan işçilərin sayı 19846 nəfər təşkil edib.

Related posts

AMB fişinq hallarına qarşı “özünəqadağa” sistemini tətbiq edəcək

8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!

ABB-dən fiziki şəxslər üçün yeni məhsul – ABB istiqrazları!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı