Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib – Foto

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” Banklararası intellektual yarışmanın qalibləri məlum olub.

16 noyabr 2023-cü il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.

15 bankdan 92 əməkdaşın iştirak etdiyi yarışmanın qalibi “Kapital Bank” ASC komandası olub.

Belə ki, “Kapital Bank” ASC və “ABB” ASC komandaları mümkün 36 sualdan 29-a doğru cavab verib və sonda bərabərliyə qalıb. 3 mərhələdən ibarət çempionatda I və II yerin müəyyənləşdirilməsi üçün komandalara əlavə suallar verilib. Nəticədə “Kapital Bank” ASC səsləndirilən əlavə 2 sualdan 2-ni də doğru cavablandıraraq I yerə layiq görülüb. “ABB” ASC komandası isə səsləndirilən əlavə 2 sualdan 1-ni doğru cavablandırıb. III yerin qalibi isə mümkün 36 sualdan 28-ni cavablandıran “Yelo Bank” ASC komandası olub.

Xatırladaq ki, ötən yarışmada “Kapital Bank” ASC I, “Bank Respublika” ASC II, “ABB” ASC isə III yerdə qərarlaşıb.

Yarışın ilk 3 yerinin reytinqini diqqətinizə çatdırırıq.

Sıra Komanda Xal
I “Kapital Bank” ASC 31
II “ABB” ASC 30
III “Yelo Bank” ASC 28

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı