Azərbaycan Banklar Assosiasiyası və Aqrar Sığorta Fondu arasında görüş keçirilmişdir

23 dekabr 2021- ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və Aqrar Sığorta Fondunun rəhbərliyi arasında görüş keçirilmişdir.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, eləcə də Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov və Fondun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əli Əhmədov da iştirak etmişdir.

Görüş zamanı aqrar sığortanın əahtə dairəsinin genişləndirilməsi perspektivi və bunun kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən fermerlərin maliyyələşdirilməsinə mümkün müsbət təsirləri istiqamətində fikir mübadiləsi aparılmış, bu istiqamətdə ABA ilə Aqrar Sığorta Fondu arasındakı əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı