Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclası keçirilmişdir

30 mart 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclası keçirilmişdir.

İclas gündəliyində duran məsələlər sırasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABA və digər Assosiasiyalar arasında imzalanmış “Anlaşma Memorandum”u ilə bağlı məsələlər müzakirə edilmişdir, “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı” təsdiq edilmişdir.

Həmçinin, iclas zamanı ABA-nın nəzdində yeni 2 Ekspert Qrupunun – “Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi üzrə Ekspert Qrupu” və “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun yaradılması qərara alınmışdır.

Bundan əlavə, iclasda ABA-nın nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarə olunması Ekspert Qrupu”na, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”na və “İT və İT təhlükəsizlik Ekspert Qrupu”na sədrlər təyin edilmişdir.

İclas zamanı, həmçinin gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı