Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilib - BBN

Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin iclası keçirilib

5 yanvar 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilmişdir.

İclas zamanı maliyyə-bank sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri həmçinin aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Beynəlxalq Bankın Kart əməliyyatları şöbəsinin baş mütəxəssisi və “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun tərkibində formalaşdırılan işçi qrupunun üzvü Kamran Şıxəliyev Bank sektoruna faydalı olacaq məsələlərin həllində öz dəstəyini göstərmişdir. Bu səbəbdən  ona ABA tərəfindən  təşəkkürnamə təqdim edilmişdir.

Azərbaycan Banklar Assosiasiyasının fəaliyyətində nəinki ekspert qrupu üzvlərinin, həmçinin digər bank mütəxəssislərinin də səyləri vurğulanmışdır.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı