Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilib

21 fevral 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə ABA-nın və onun törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatının, 2025-ci il üzrə iş planının, cari ildə ABA-nın yaranmasının 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının, eləcə də ABA-nın Rəyasət Heyətinin və Audit Komitəsinin tərkibinin və rəhbər heyətinin təsdiqi daxil edilmişdi.

İclasda yuxarıda qeyd edilən məsələlər ətrafında müzakirələr aparılmış və müvafiq qərarlar alınmışdır.

Eyni zamanda, ABA-nın Rəyasət Heyəti aşağıdakı tərkibdə təsdiq edilmişdir:

  • “Rabitəbank” ASC-nin müşahidə Şurasının sədri Zakir Nuriyev – ABA-nın prezidenti;
  • “ABB” ASC-nin İdarə Heyəti sədri Abbas İbrahimov – ABA-nın vitse-prezidenti;
  • “Paşa Bank” ASC-nin İdarə Heyəti sədri Cavid Quliyev;
  • “Kapital Bank” ASC-nin İdarə Heyəti sədri Fərid Hüseynov;
  • “XalqBank” ASC-nin Müşahidə Şurasının sədri Asim Məmmədli;
  • “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Şakir Rəhimov;
  • “Bank of Baku” ASC-nin Müşahidə Şurasının sədri Elçin İsayev;
  • “UniBank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov;
  • “YapıKrediBank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri Cenk Yüksel;
  • “Ziraatbank” ASC-nin İdarə Heyətinin sədri Dr. Səlcuq Dəmir;
  • “AqrarKredit” BOKT-un İdarə Heyəti sədri Məmməd Musayev;

 

Qeyd edək ki, ABA 1990-cı ildə təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.  Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 28 təşkilat ABA-nın üzvüdür.

Related posts

Pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

AccessBank və AYİB-dən qadın sahibkarlığına dəstək: Access2Success layihəsi dördüncü dəfə uğurla başa çatdı

Yaponiya Mərkəzi Bankı faiz dərəcələrini 30 ilin ən yüksək səviyyəsinə qaldırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı