2025-ci ilin noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28,577 milyard manat təşkil edib. Azərbaycan Mərkəzi Bankın məlumatına görə, bu göstərici aylıq müqayisədə 1,8 milyard manat (1,8%), ilin əvvəli ilə müqayisədə 2 milyard manat (7,4%), ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,3 milyard manat (8,7%) artım göstərib.
Eyni tarixdə bankların xalis daxili aktivləri 18,914 milyard manat olub. Bu, aylıq müqayisədə 2,3 milyard manat və ya 10,9% azalma, ilin əvvəli ilə müqayisədə 977 milyon manat (4,9%) azalma, ötən ilin noyabrın 1-i ilə müqayisədə isə 748,3 milyon manat (4,1%) artım deməkdir.
Hazırda Azərbaycanda ümumi aktivləri 56,342 milyard manat olan 22 bank fəaliyyət göstərir.