Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit!

Azərbaycan Beynəlxalq Bankı TamKart arzusunda olan hər bir müştəriyə indi bu kartı pulsuz əldə etmək imkanı yaradıb. Bankın iyulun sonuna qədər elan etdiyi kampaniya çərçivəsində hər bir müştəri TamKart Visa Classic və TamKart Mastercard Standard kartlarını heç bir xidmət haqqı ödəmədən ala bilər.

TamKart eyni vaxtda həm debet, həm də kredit kartı funksiyasını özündə birləşdirən faydalı bir kartdır. Bu kart müştərilərə bankla tərəfdaş məkanlarda hissə-hissə ödəniş və kəşbək imkanları yaradır. Üstəlik, Azərbaycan Beynəlxalq Bankının ATM-lərində TamKartla nağdlaşdırmaya görə heç bir komissiya haqqı tutulmur. TamKartın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə etmək və kartı onlayn sifariş vermək olar.

Azərbaycan Beynəlxalq Bankının keçirdiyi kampaniyanın imkanları bununla bitmir. Kampaniya ərzində müştərilər nağd pul kreditini də Bankdan 48 ayadək müddətə, 2% güzəştlə, cəmi 18%-dən başlayan faizlərlə əldə edə bilərlər. Kampaniyadan Azərbaycan Beynəlxalq Bankının hər bir əməkhaqqı və pensiya  kartı sahibi faydalana bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları Bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı