Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Beynəlxalq Bankından sahibkarları gücləndirən tədbir - BBN

Azərbaycan Beynəlxalq Bankından sahibkarları gücləndirən tədbir

Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində təlimlərə başlayıb. Dövlət Vergi Xidmətinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və AMEA-nın İqtisadiyyat İnstitutunun tərəfdaşlığı ilə keçirilən təlimlərə ölkəmizin müxtəlif regionlarından və müxtəlif sahələrdə fəaliyyət göstərən 30-dan çox iş adamı qatılıb. Təlimləri Bankın və adı çəkilən qurumların əməkdaşları keçiblər. 

İştirakçılara düşməndən azad edilmiş ərazilərimizdə sahibkarlığın inkişafı və yeni biznes imkanları barədə ətraflı məlumat verilib. Bu regionlara özəl sektorun investisiyalarının təşviqi mexanizmləri nəzərdən keçirilib. Bankların bu prosesdəki imkanlarına diqqət yönəlib.    

Təlim zamanı Azərbaycan Beynəlxalq Bankının iş adamlarına təqdim etdiyi məhsul və xidmətlərlə bağlı da təqdimatlar olub. Bank əməkdaşları iş adamlarını onların biznesinin inkişafı üçün yaradılmış imkanlarla tanış ediblər. İştirakçılara mikromüəssisələrdə mühasibat işinin təşkili, biznesin təkmilləşdirilməsi ilə bağlı bilgilər verilib. Təlimlər zamanı sahibkarlar komandalarda çalışaraq yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanıblar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Related posts

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

S&P Global Ratings PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi

Kapital Bank-ın sədrinə müavin təyin olundu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı