Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazları üzrə hərracın tarixi açıqlanıb - BBN

“Azərbaycan Beynəlxalq Bankı”nın istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Martın 19-da “Bakı Fond Birjası” QSC-də (BFB) “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 10 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BBN.az bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 100 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdiriləcək. İstiqrazlar hər biri 5 milyon manatlıq olmaqla 2 tranşda yerləşdiriləcək. 1-ci tranşda istiqrazların müddəti 12 ay, illik faiz dərəcəsi 10 %, 2-ci tranşda isə istiqrazların müddəti 24 ay, illik faiz dərəcəsi 11 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində istiqrazları geri satın alması nəzərdə tutulmayıb.

Related posts

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 57 %-dən çox azalıb

“AzerGold”un ixrac gəlirləri 24%-dən çox artıb

Son iki ayda büdcədən 25 milyon manat geri qaytarılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı