Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyi ilə 4-5 mart tarixlərində “Boulevard Hotel Baku”da “Caspian Franchise” – Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçiriləcək.

Franşiza sahiblərini,sərmayəçilər və sahibkarları, iri xoldinqlərin nümayəndələrini və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirəcək “Caspian Franchise”nin məqsədi kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və ya təşkilində köməklik göstərmək, Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etmək, eləcə də xaricdə biznesin inkişaf tendensiyaları ilə tanış olmaqdır.

“Caspian Franchise” iki hissədən ibarət olacaq:

– Konfrans

– Sərgi

Konfrans Azərbaycanda françayzinqin ən aktual problemlərini yerli və xarici mütəxəssislər və sahibkarlarla müzakirə etmək imkanı yaradacaq. Konfrans zamanı qonaqlar “Niyə özəl biznes deyil françayzinq?” sualına cavab alacaqlar, franşizada işləməyin hüquqi tərəflərini və bu sahədə uğurlu təcrübəsi olan biznes sahibləri ilə praktiki məsləhətləri müzakirə edəcəklər. Konfransın proqramı ilə bu linkdən tanış olmaq mümkündür: https://franchiseexpo.az/az-content/10.html

Sərgidə dondurma, suşi, qəhvə, geyim, kuryer xidmətləri kimi istiqamətlərdə öz məhsul və xidmətlərini təqdim edən və müxtəlif ölkələri təmsil edən şirkətlər iştirak edəcəklər. Sərgidə həmçinin, Sizə uyğun franşiz tapmaq üçün konsaltinq xidmətləri göstərən şirkətlər yer alacaqlar. Sərginin qonaqları isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə şəxsən görüşüb canlı ünsiyyət formatında təklif olunan franşizlə bağlı bütün məsələləri müzakirə edə biləcəklər.

Tədbirə elektron dəvətnaməni bu sayta daxil olmaqla əldə etmək olar: https://franchiseexpo.az/az-event/

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı