Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb - BBN

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 695 milyon ABŞ dolları dəyərində mal idxal edib.

BBN.az bu barədə Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrünə nisbətən 5,3 % azdır. Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 1,2 % artaraq 71 milyard 790 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox idxalı Almaniya (5,930 milyard ABŞ dolları; 5,5 % az), ABŞ (4,166 milyard ABŞ dolları; 8,1 % çox), İtaliya (3,902 milyard ABŞ dolları; 5 % çox) və İngiltərə (3,828 milyard ABŞ dolları; 5,5 % çox) həyata keçirib.

Təkcə aprel ayında isə Türkiyədən Azərbaycana 181,5 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da 1 il əvvələ nisbətən 10,9% çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı onun ümumi ixracının 1,1 %-i qədər olub.

Related posts

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

Azərbaycanın Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı