Azərbaycan – Çexiya biznes forumu keçirilib

Sentyabrın 29-da Bakıda Azərbaycan-Çexiya Biznes Forumu keçirilib. 

Hər iki ölkədən rəsmi şəxslərin və iş adamlarının iştirakı ilə təşkil olunmuş biznes forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub. Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib, KOBİA-nın çexiya iş adamlarına ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə biləcəyini diqqətə çatdırıb. 

Qeyd edək ki, biznes forumda Çexiyanın xarici işlər naziri Yakub Kulhanek, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Çexiyanın Ticarət Palatasının vitse-prezidenti Radek Yakubski, AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev ölkələrimiz arasında iqtisadi-ticarət, sahibkarlıq və digər istiqamətlərdə mövcud əməkdaşlığa və əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb, iş adamları arasında ikitərəfli görüşlər keçirilib. 

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı