Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edir - BBN

Azərbaycan Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edir

Çinin Fucian əyalətinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində (“CIFIT 2025”) Azərbaycan “Invest in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunur.

AZPROMO-nun məlumatına görə, Azərbaycan sərgidə ikinci dəfə iştirak edir. Stenddə ölkəmizin biznes və investisiya mühiti, Ələt Azad İqtisadi Zonası, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, Naxçıvan Muxtar Respublikasında investorlara təqdim olunan imtiyazlar, həmçinin Azərbaycanın nəqliyyat-tranzit potensialı və turizm imkanları barədə məlumatlar təqdim edilir.

Bununla yanaşı, AZPROMO, KOBİA, İqtisadi Zonaların İnkişafı Agentliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, eləcə də Azərbaycan Dövlət Neft Fondunun fəaliyyət istiqamətlərini əks etdirən materiallar nümayiş olunur. Stenddə həmçinin “Made in Azerbaijan” məhsullarının təqdim edildiyi “Azərbaycan Ticarət Evi” guşəsi də təşkil edilib.

Siamendə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti sərgini ziyarət edərək Azərbaycan stendi ilə tanış olub.

Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək sərgidə 50-dən çox ölkənin stendi yer alır, tədbirdə 110-dan çox ölkə və regiondan nümayəndə heyəti iştirak edir.

Related posts

Bakı Fond Birjası statistik məlumatları yeni interaktiv paneldə tədqim edir

Azərbaycanda mənzillərə görə verilən “keşbek”in həcmi 8.5% artıb

“Fitch Ratings” Azərbaycanın çevik valyuta məzənnəsinə keçəcəyini gözləmir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı