Azərbaycan Çinin Siamen şəhərində keçiriləcək beynəlxalq sərgidə təmsil olunacaq

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəsinin Aparatı və AZPROMO-nun birgə təşkilatçılığı ilə ölkəmiz 8–11 sentyabr tarixlərində Çin Xalq Respublikasının Fuciən əyalətinin Siamen şəhərində keçiriləcək Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində (CIFIT) “Invest in Azerbaijan” vahid ölkə stendi ilə iştirak edəcək.

Ölkəmiz “Invest in Azerbaijan” devizi altında 200 kvadratmetrlik milli stendlə təmsil olunacaq. Stenddə Azərbaycanın iqtisadi inkişaf göstəriciləri, əlverişli biznes və investisiya imkanları, həmçinin “Made in Azerbaijan” məhsulları təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycanın 2-ci dəfə qatıldığı CIFIT Çində investisiya sahəsində keçirilən ən önəmli sərgilərdən hesab olunur. Dünyanın 100-dən çox ölkə və regionundan minlərlə dövlət və biznes nümayəndəsini bir araya gətirən sərgidə hər il təxminən 5 min şirkət və 50 mindən çox sahibkar iştirak edir.

Related posts

Ölçmə vasitələrinin yoxlanılmasını həyata keçirən fiziki şəxslərin növbəti attestasiyası keçiriləcək

Suriya Azərbaycanın KOB evi modelinin tətbiqində maraqlıdır

Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik Azərbaycandan Qazaxıstana keçib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı