Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərbaycan Dövlət İqtisad Universiteti” və “AFB Bank” arasında “Əməkdaşlıq Memorandumu” imzalanıb - BBN

“Azərbaycan Dövlət İqtisad Universiteti” və “AFB Bank” arasında “Əməkdaşlıq Memorandumu” imzalanıb

“Təcrübə Proqramı”na dair “Əməkdaşlıq Memorandumu”nu “AFB Bank”ASC–nin İnzibati İdarəetmə strukturunun rəhbəri Hafiz İbrahimov və “Azərbaycan Dövlət İqtisad Universiteti”nin Rəqəmsallaşma üzrə prorektoru Raqif Qasımov imzalayıb.

Proqramın təşkil edilməsində əsas məqsəd tələbələrin real iş mühitində bacarıqlarının təkmilləşdirilməsinə və onların peşəkar bank işçisi kimi yetişməsinə dəstək olmaqdır. Memoranduma əsasən “Təcrübə Proqramı”nda universitetin son kurs bakalavr və magistr  tələbələri iştirak edə biləcəklər.

“Təcrübə Proqramı”nın uğurlu və daha effektiv olması üçün keyfiyyətli təhsili təmin etməyi bacarmış, savadlı və inkişafa meyilli gənclər yetişdirə bilən ali təhsil ocaqları Bankımız üçün hər zaman prioritet təşkil edir.

Bu məqsədlə “AFB Bank” yüksək peşəkarlığına, təhsil səviyyəsinə güvəndiyi və yüksək qiymətləndirdiyi “Azərbaycan Dövlət İqtisad Universiteti” ilə əməkdaşlıq etmək qərarına gəlmişdir.

Qeyd edək ki, “AFB Bank” daha öncə də bir sıra ali məktəblərlə “Təcrübə proqramı”na dair əməkdaşlıq memorandumu imzalamışdır. 

Bank  ixtisaslı kadr hazırlığını təmin etmək və ikitərəfli münasibətləri möhkəmləndirmək məqsədilə gələcəkdə digər ali təhsil ocaqları ilə də əməkdaşlıq münasibətləri qurmağı planlaşdırır.

Related posts

AMB-də fintex ekosisteminin institusional əsasları müzakirə edilib

Sərfəli şərtlərlə istehlak krediti

ABB-nin dəstəyi ilə keçirilmiş “EY İlin İş Adamı Müsabiqəsi”nin qalibi seçildi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı