Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan EBRD ilə prioritet layihələrin icrası üçün atılacaq addımları müzakirə edib - BBN

Azərbaycan EBRD ilə prioritet layihələrin icrası üçün atılacaq addımları müzakirə edib

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə “yaşıl” iqtisadiyyat, enerji, xüsusilə bərpa olunan və alternativ enerji, özəl sektorun inkişafı, infrastruktur və digər istiqamətlər üzrə prioritet layihələrin icrası məqsədilə atılacaq addımları müzakirə edib.

BBN.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə keçirilən görüşdə qeyd edilib.

Görüşdə Azərbaycanın Bankla müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb, ölkənin sosial-iqtisadi prioritetləri barədə məlumat verilib. Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanları genişdir.

M.Patrone Bankın Azərbaycanla səmərəli əməkdaşlığını qeyd edib, ölkənin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun Azərbaycan iqtisadiyyatının inkişafını dəstəkləməyə davam etmək niyyətini ifadə edib.

Məlumata görə, Azərbaycan-EBRD əlaqələrinin inkişaf istiqamətləri, iqtisadiyyatın şaxələndirilməsi, dövlət-özəl tərəfdaşlığının təşviqi və Bankın dəstəyi ilə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.

Related posts

AMB və QMAMTYM əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Avropa Mərkəzi Bankı: Avrozonada inflyasiya fevralda hədəfə yaxınlaşıb, lakin enerji qiymətləri risk yaradır

Güclü dollar qızılı təzyiq altında saxlayır: qiymətlər həftəlik enişə hazırlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı