Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan hökuməti 2023-cü ilin sonuna orta illik inflyasiya proqnozunu açıqlayıb - BBN

Azərbaycan hökuməti 2023-cü ilin sonuna orta illik inflyasiya proqnozunu açıqlayıb

İqtisadiyyat Nazirliyi antiinflyasiya tədbirlərini nəzərə alaraq 2023-cü ilin sonuna orta illik inflyasiyanın birrəqəmli səviyyədə – 9,5 % olacağını proqnozlaşdırır.

BBN.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupunun növbəti iclasında bildirilib.

Qeyd olunub ki, ölkə Prezidentinin Hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır. İnflyasiya və qiymət monitorinqi üzrə yaradılmış İşçi qrupun məqsədi də qiymətlərə artırıcı təsir göstərən bütün səbəbləri araşdırıb, onun aradan qaldırılması istiqamətində zəruri işləri görməkdir. Bu baxımdan inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 10,9 % olub. Bu dövrdə illik inflyasiya isə 5,1 % təşkil edib

Related posts

RABİTƏBANKDAN NAĞD PUL KREDİTİ ÜZRƏ SƏRFƏLİ “BAHAR KAMPANİYASI”

KARTMANE TAKSİT KARTI İSTİFADƏÇİLƏRİ ÜÇÜN “NOVRUZ PAYI” KAMPANİYASI

Bank of Baku UiPath ilə proseslərin robotlaşdırılmasına başlayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı