Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri qurulub - BBN

Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri qurulub

BBN.az xəbər verir ki, bunu AZEL Systems şirkətinin baş direktoru İqor Yakovenko “Ansys: Azərbaycanda rəqəmsal layihələndirmə və innovativ həllər” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, keçirilən konfrans iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın mühüm tərkib hissəsidir.

“Bugünkü konfrans bu tərəfdaşlığın kiçik, lakin mühüm elementlərindən biridir. Ümid edirəm ki, bunun sayəsində ABŞ texnologiyaları Azərbaycan iqtisadiyyatı üçün daha əlçatan olacaq. Bu isə hər iki ölkəyə – həm ABŞ-yə, həm də Azərbaycana fayda verəcək”, – deyə o bildirib.

Baş direktor qeyd edib ki, AZEL Systems artıq bir neçə onillikdir Amerika Ticarət Palatasının üzvüdür.

İ. Yakovenko əlavə edib ki, şirkət SOCAR Downstream ilə birgə Ümumdünya Neft Emalı Assosiasiyasına rəqəmsallaşdırma layihəsi təqdim edib və layihə ötən ilin 18 noyabr tarixində ən yaxşı layihə seçilib.

Onun sözlərinə görə, şirkət ERP sistemlərinin tətbiqi üzrə mürəkkəb layihələr həyata keçirir, mühəndislik üçün İT həllər təqdim edir və sistem inteqrasiyası sahəsində fəaliyyət göstərir.

“Bu isə bizə rəqəmsallaşdırma, informasiyalaşdırma və digər istiqamətlərdə kompleks ‘açar təhvili’ həllər təklif etməyə imkan verir”, – deyə baş direktor vurğulayıb.

Mənbə: Report.az

Related posts

İRİA “mygov”la bağlı yeni videoçarx təqdim edib

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 35 %-ə yaxın artıb

Google-un “Gemini” modeli Azərbaycan dilində istifadəyə verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı