Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan ilə Çin "yaşıl enerji"nin istehsalı və ixracını müzakirə edib - BBN

Azərbaycan ilə Çin “yaşıl enerji”nin istehsalı və ixracını müzakirə edib

Energetika naziri Pərviz Şahbazovla “China Energy Engineering Corporation Limited” şirkətinin vitse-prezidenti Lu Xunun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə şirkətlə enerji sahəsində hərtərəfli strateji tərəfdaşlığa uyğun gündəlikdə olan layihələrin icrası ilə bağlı müzakirələr aparılıb.

Dövlət başçısının istehlak və ixrac məqsədilə bərpa olunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji zonaları”nın yaradılması və bu sahədə Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı siyasəti qeyd olunub. “China Energy Engineering Corporation Limited” şirkəti ilə çoxşaxəli əməkdaşlığın Azərbaycanda bərpa olunan enerjinin inkişafına yeni impuls verəcəyi vurğulanıb. Bu xüsusda, yeni güclərin elektrik şəbəkəsinə inteqrasiya potensialının müəyyənləşdirilməsində Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) ilə həyata keçirilən tədqiqatların əhəmiyyəti, həmçinin “Yaşıl Enerjinin İnkişafı üzrə Birgə Tədqiqat Mərkəzi”nin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Müzakiələr zamanı dənizdə 200 MVt gücündə külək və quruda 160 MVt gücündə günəş enerjisi layihələri üzrə əməkdaşlığın cari vəziyyəti dəyərləndirilib, növbəti addımlar müəyyənləşdirilib. Biləsuvar və Neftçalada ümumi gücü 760 MVt olan günəş elektrik stansiyalarının inşası və avadanlıqlarla təchizatında şirkətin fəaliyyəti yüksək qiymətləndirilib. Bundan başqa, görüşdə Azərbaycanla Mərkəzi Asiya, Türkiyə və Avropa arasında elektrik enerjisinin ötürülməsi layihələrinin inkişafı ilə bağlı məsələlər və şirkətlə əməkdaşlıq imkanları ətrafında da fikir mübadiləsi aparılıb.

Related posts

Taleh Kazımov ABA-ya üzv olan bankların rəhbər şəxsləri ilə görüşüb

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı