“Azərbaycan İnvestisiya Şirkəti” İsrail startapına investisiya yatırıb

“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AIC) kiber təhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” startap layihəsinə 670 min ABŞ dolları investisiya yatırıb.

BBN.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“İsrailin OurCrowd Fondu ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC elektrik avtomobillərdə daxili sistemləri kiberhücumlardan qorumaq məqsədilə etibarlı təhlükəsizlik həlləri təmin edən kiber təhlükəsizlik platformasının inkişafında ixtisaslaşan İsrailin “C2A Security” startap layihəsinə 670 min ABŞ dolları investisiya yatırıb”, – nazir qeyd edib.

Related posts

ABB Tam Visa kartını təqdim etdi

İndi aviabiletlər də “ABB Business”də alınır

Aktivlərin həcminə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı